EN

Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi olacaq.

Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə Türkiyə çempionu “Qalatasaray”ın da rəqibi bəlli olacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.

Liqa mərhələsinin ilk “8-liy”i: “Arsenal” (İngiltərə), “Bayern” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə).

Pley-off mərhələsinin qalibləri: “Real” (İspaniya), PSJ (Fransa), “Nyukasl” (İngiltərə), “Atletiko” (İspaniya), “Atalanta” (İtaliya), “Bayer 04” (Almaniya), “Qalatasaray” (Türkiyə), “Budyo Qlimt” (Norveç)

Chosen
9
34
msport.az

10Sources