EN

Pakistan və Əfqanıstan arasında toqquşmalar davam edir

Pakistan və Əfqanıstan arasında sərhəd hesab edilən Durand xətti boyunca toqquşmalar davam edir. Pakistanın informasiya naziri Attaullah Tarar X sosial media hesabında verdiyi açıqlamada, əməliyyatlar zamanı Əfqanıstan tərəfində 133 nəfərin öldüyünü, 200-dən çox insanın isə yaralandığını bildirib.

Məlumatı “Anadolu” yayıb. 

Tarar qeyd edib ki, Kabil, Paktiya və Qəndəharda bir sıra hədəflərə zərbə endirilib və bu da ölənlərin sayının arta biləcəyini göstərir.

O, həmçinin əməliyyatlar zamanı 27 mövqenin məhv edildiyini və doqquz nöqtənin ələ keçirildiyini iddia edib. O, həmçinin iki korpus və üç briqada qərargahının, eləcə də çoxsaylı digər mövqelərin, 80-dən çox texnika və silahın məhv edildiyini deyib.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib: “NATO qüvvələrinin çıxarılmasından sonra Əfqanıstanda sülhün təmin ediləcəyi və Talibanın əfqan xalqının maraqlarına və regionda sabitliyə diqqət yetirəcəyi gözlənilirdi. Lakin Taliban Əfqanıstanı Hindistanın müstəmləkəsinə çevirib”.

P.ƏMİRCANOV
XQ

 

Chosen
23
xalqqazeti.az

1Sources