EN

Vahid Qədim Ukrayna müharibəsində həlak olub? Yaxınları DANIŞDI

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Rusiyada yaşayan meyxanaçı Vahid Qədimin Ukrayna müharibəsində itkin düşdüyü bildirilir. Onun Rusiya ordusunun tərkibində döyüşlərə qatıldığı və Luqansk istiqamətində gedən döyüşlər zamanı itkin düşdüyü qeyd edilir. Meyxanaçıdan təxminən 20 gündür xəbər alınmaması hətta həlak olması haqda iddiaların da yayılmasına səbəb olub. 

Yaxınlarının Globalinfo.az-a verdiyi məlumata görə, hələ ki meyxanaçının itkin düşməsi haqda dəqiq məlumat yoxdur.

Bildirilir ki, V.Qədim maddi problemləri səbəbindən təxminən altı ay əvvəl könüllü şəkildə Rusiyada hərbi komissarlığa müraciət edərək döyüşlərə qatılmaq istədiyini deyib. Bu baxımdan onun Ukrayna müharibəsinə aparılması ehtimalının güclü olduğu qeyd edilir.

Bununla belə, V.Qədimin gündəmə gəlmək üçün də belə addım ata biləcəyi vurğulanır.

Xatırladaq ki, bir müddət əvvəl Vahid Qədimin Rusiyada sevgilisini bıçaqlaması haqda xəbərlər yayılmışdı. O, Globalinfo.az-a açıqlamasında həmin məlumatı təkzib etmişdi.

Leyla Əlisoy

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
1
globalinfo.az

2Sources