EN

Pakistan hava qüvvələri Kabilə zərbələr endirib

Bakı. Trend:

Əfqanıstan-Pakistan arasında meydana gələn eksalasiyalar fonundaPakistan Hərbi Hava Qüvvələri əməliyyat keçirərək Kabil, Qəndəharvə digər bölgələrdə hərbi infrastrukturuna aviazərbələrendirib.

Trend xəbər verirki, bu barədə “Al-jazeera” telekanalı məlumat yayıb.

Rəsmi İslamabad bəyan edir ki, Əfqanıstan Talibanının “səbəbsizşəkildə atdığı addımlardan sonra vəziyyət artıq açıq müharibəmərhələsinə keçib və dövlət buna sərt şəkildə cavab verir”.

Məlumatlara əsasən, Pakistan hərbi təyyarələri hələ də Qəndəharüzərində uçuş həyata keçirir. Vəziyyət son dərəcə həssas vəmürəkkəb olaraq qiymətləndirilir.

Qeyd edək ki, Pakistan ordusu əməliyyatları ölkə ərazisindəard-arda törədilən terror aktlarından sonra həyata keçirib.

Fevralın 6-da İslamabadda yerləşən şiə məscidində törədilənintihar partlayışı nəticəsində azı 36 nəfər həlak olub.

Fevralın 21-də isə Xeybər-Paxtunxvada yerləşən Bannu şəhərindədaha bir terrorçu kamikadze təhlükəsizlik konvoyuna hücum edərəkiki hərbçini öldürüb. Həmin hücumlar Pakistanın Əfqanıstanərazisində ilk zərbə dalğasına başlamasına səbəb olub. Pakistanınbildirdiyinə görə, zərbələr silahlı qrupların, xüsusilə də“Təhrik-e-Taliban Pakistan” (Pakistan Talibanı) üzvləriningizləndiyi sığınacaqlara və bazalara yönəldilib.

Əfqanıstan tərəfi bu hücumlar nəticəsində azı 18 nəfərinöldüyünü açıqlayıb və cavab tədbirləri görəcəyini bəyan edib ki, buda cümə axşamı gecəsi silahlı toqquşmaların başlanmasına gətiribçıxarıb.

Məqalədə:
Chosen
22
az.trend.az

1Sources