EN

Regionun xəritəsi və taleyi kənardan müəyyənləşdirilirdi, indi isə...

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Prezident İlham Əliyev təkcə bizim soyumuzu qırmaq istəyənlərə deyil, həm də Serbiyaya səfəri zamanı son 35 ildəki qlobal dəyişiklikləri görmək imkanı əldə etdiyimizi göstərdi. Görüş zamanı orada elə bir kəsişmə aparılmışdı ki, Balkanlarda və Cənubi Qafqazda eyni vaxtda başlayan müharibələrdən yalnız Azərbaycan qalib dövlət kimi çıxıb".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin hazırda keçirilən iclasında deputat Zahid Oruc bildirdi.

O, əlavə etdi ki, yüzillərlə azərbaycanlıların taleyi kənardan müəyyənləşdirilib:

"1920-ci illərdə ABŞ Prezidenti Vilsonun arbitraj qərarı ilə Ermənistanın ərazisini genişləndirmək istəyi var idi. Regionun xəritəsi və taleyi kənardan müəyyənləşdirilirdi. İndi isə regionumuzun yeni suverenliyi məhz həmin Vaşinqtonda qəbul olunur. Qətiyyətli qalib xalq strateji baxışla hərəkət etməlidir. Ermənistanla başlanan ticarət əlaqələrinə yalnız iqtisadi stimul kimi deyil, İrəvanı xarici asılılıqdan qurtarmaq siyasəti kimi baxmalıyıq. Əgər regionda gerçək inteqrasiyaya nail olunsa və kommunikasiyalar açılsa, o zaman xarici himayədarlara ehtiyac qalmayacaq. Prezident İlham Əliyev dəfələrlə bu sualı verib: Axı Cənubi Qafqaz niyə inkişafdan geri qalıb? Çünki daim savaşlara meydan olub. Dünən başlayan Pakistan-Əfqanıstan qarşıdurması göstərir ki, yerləşdiyimiz region indi dünyada ən böyük risklərlə üz-üzədir. Lakin Xocalıdan verilən mesajın mənası budur ki, biz artıq qurban deyilik, soyumuz yaşayır və biz təkcə öz taleyimizi yox, regionun taleyini də dəyişdiririk. Qətiyyətli qələbəmiz təkcə torpaqlarımızı deyil, həm də Ermənistanın keçmiş xəyallarının və aqressiyasının qarşısını alır. Ona görə də xalqlarımızı barışa hazırlamalıyıq. Doğrudur, yaralarımız dərindir, düşmənçilik dərin kök salıb, lakin Ermənistanla sülh müqaviləsi bağlandıqdan sonra daha böyük çağırışları görəcəyik".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
redaktor.az

2Sources