EN

ADAU da Füzuli rayonuna həsr olunan sənədli film təqdim edilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Gəncə, 27 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Füzuli rayonuna həsr olunan sənədli filmin təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekran əsəri Füzuli ilə bağlı iki fərqli taleni əks etdirir. Filmdə Füzulidə çalışan gənc müəllimin yaranmış vəziyyətlə əlaqədar doğma yurdunu tərk etməsi, eləcə də füzulili gənc müəllim Rasim Müzəffərlinin həmin dövrdə Bakıda olmasına baxmayaraq, silaha sarılaraq doğma rayonuna qayıtması kimi həyat hekayələri təqdim olunur.

Film nümayişindən əvvəl çıxış edən ADAU-nun tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova belə sənədli filmlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, qəhrəmanlıq tariximizin ekranlaşdırılması milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. O, universitet gənclərinin bu cür layihələr vasitəsilə tariximizi daha dərindən mənimsədiyini qeyd edib.

Sonra filmin müəllifi, ssenari müəllifi və rejissoru Vahid Mustafayev çıxış edib.

Daha sonra film müəllim və tələbə kollektivinə təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
azertag.az

1Sources