ain.az, Lent az saytına istinadən bildirir.
Evdə uzun müddət qalan kartof adətən elastikliyini itirir və büzüşmüş hala düşür. Bir çox insan belə kartofdan yemək hazırlanıb-hazırlanmayacağını bilmir.
Lent.az xəbər verir ki, bu cür kartofu yemək məsləhət görülmür.
Mütəxəssislərin fikrincə, büzüşmüş kartofları atmaq daha düzgün seçimdir. Kartof isti yerdə uzun müddət saxlanıldıqda tədricən nəmini itirməyə başlayır. Nəticədə qabığı solğun və qırışmış olur, kartof isə cücərməyə başlayır.
Bu proses təbii sayılsa da, kartofun artıq istehlak üçün ən yaxşı vəziyyətdə olmadığını göstərir. Büzüşmüş kartof çürümənin əlamətidir. Bu zaman kartof yumşalır və turş dad verir.
Belə kartof təkcə dadsız olmur, həm də sağlamlıq üçün risk yarada bilir. Kartof xarab olmağa başladıqda onun tərkibində solanin adlı maddənin miqdarı artır. Kartofun qabığı yaşıl rəng almağa başlayarsa, bu, solaninin səviyyəsinin yüksəldiyini göstərir. Solaninin yüksək miqdarda qəbulu ürəkbulanma, qusma, ishal və baş ağrısına səbəb ola bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.