"Araşdırma"nın əsas təşəbbüskarı 12 yanvar 2026-cı ildə Birləşmiş Krallığın parlamentində qeydiyyatdan keçmiş "Ermənistan üzrə Partiyalararası Parlament Qrupu"dur.
Qrupun katibliyini isə Birləşmiş Krallığın Erməni Milli Komitəsi həyata keçirir.
Məsələyə beynəlxalq diqqəti artırmaq məqsədilə Parlamentin Beynəlxalq Hüquq, Ədalət və Hesabatlılıq üzrə Qrupu və Lordlar Palatasından Baronessa Kennedinin rəhbərlik etdiyi Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Haqları İnstitutunu cəlb ediblər.
Deməli, bunlar ölkəmizə qarşı beynəlxalq təşkilatlardan istifadə etməklə yeni bir kampaniya dalğası hazırlayırlar.
Onlar bunu heç, gizlətmirlər də.
Yaydıqları məlumatda açıq şəkildə bildirilir ki, məqsədləri 2023-cü ildən sonra "Dağlıq Qarabağ"da erməni mədəni irsinin dağıdılmasının miqyasını və xarakterini qiymətləndirmək, beynəlxalq və milli hüquq çərçivəsində ədalət, məsuliyyət və kompensasiya imkanlarını müəyyənləşdirmək və Birləşmiş Krallıq hökuməti ilə beynəlxalq təşkilatlar üçün hesabatlar və tövsiyələr hazırlamaqdır.
Belə bir təxribatçı və eyni zamanda təhlükəli qrupun Azərbaycana dost hesab etdiyimiz Böyük Britaniya Parlamentində fəaliyyətə başlaması dərin təəssüf hissi doğurur.
Britaniyalı dostlarımız və həmkarlarımız, o cümlədən bu təxribatın təşkilatçıları da yaxşı bilirlər ki, Azərbaycanda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni və dini abidələrə hörmətlə yanaşılır.
Bakıda erməni kilsəsinin qorunması, Şuşada Qazançı kilsəsinin təmiri bunun çoxsaylı nümunələrindəndir.
Hesab edirəm ki, Britaniya hökuməti və Parlament rəhbərliyi heç bir halda bu cür təhlükəli təşəbbüslərə səssiz qalmamalı, Cənubi Qafqazda sülh və təhlükəsizliyə yönəlmiş bu təxribatı qəti şəkildə pisləməli və Azərbaycan-Böyük Britaniya münasibətlərinə zərər verə biləcək bu məkrli planın həyata keçirilməsinə imkan verməməlidir.
Əks halda, bu, təxribat ikitərəfli münasibətlərə və regional sülhə və təhlükəsizliyə zərər vura bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31