“Film vacib sahədir. Türkiyə bu dəqiqə filmləri ilə Osmanlıdan çox tuta bilib. Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər: “Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? Babək çəkilib, çox gözəl. Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil”.