
“Global Fire Power” saytı 2026-cı il üzrə İslam ölkələrinin ən güclü ordularının siyahısını tərtib edib.
Missiya.Az xəbər verir ki, siyahıya ümumilikdə 43 ölkə daxil edilib.
Azərbaycan bu siyahıda 16-cı pillədə qərarlaşıb.
Siyahıda ilk üçlüyü Türkiyə, İndoneziya və Pakistan tutub.
Qeyd olunub ki, siyahı dərc olunarkən qoşun sayı, müdafiə büdcəsi, müasir silah imkanları və strateji imkanlar nəzərə alınıb.
Daşqın HəsənovMissiya.Az