BAKI, 27 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı tədbir keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı edib.
Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Ceyhun Babayev ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bədlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.
Çıxış edən digər natiqlər şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.