EN

Meksikalı qardaşların başına 10 milyon mükafat qoyuldu

ABŞ Meksikadakı Sinaloa Kartelinin rəhbərləri arasında yer alan narkotik qaçaqmalçısı iki qardaşın başına ümumilikdə 10 milyon dollar mükafat qoyub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi dünyanın ən güclü narkotik qaçaqmalçılığı şəbəkələrindən biri olan Sinaloa Kartelinin önəmli şəxslərindən Rene Arzate-Garcia və Alfonso Arzate-Garcia qardaşlarının başına hər biri üçün 5 milyon dollar mükafat qoyulduğunu açıqlayıb.

ABŞ Narkotiklə Mübarizə İdarəsinin (DEA) məlumatına görə, Rene və Alfonso Arzate-Garcia qardaşları, son 15 ildir ki, Sinaloa Kartelinin tərkibində ABŞ ilə Meksika sərhədində yerləşən və Kaliforniyaya açılan qapı kimi görülən Tixuana bölgəsini birlikdə idarə edirlər.

Chosen
8
manset.az

1Sources