EN

Türkiyəli nazir müavini: Bakıda keçirilən elmi konfransın Türk dünyası üçün böyük önəmi var

Birinci Türkoloji Qurultayla bağlı Bakıda keçirilən elmi konfransın Türk dünyası üçün çox böyük önəmi var.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin milli təhsil nazirinin müavini Celile Eren Ökten "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, bu beynəlxalq konfransda modernləşən dilin problemlərini həll etmək yönündə ciddi müzakirələr aparılacaq:

"Həmçinin, dəyərlərdən, etimoloji tədqiqatlardan ortaq qavrayış məsələlərinə qədər uzanan geniş perspektivdən qiymətləndirmələr aparılacaq. Bu konfransda iştirak edən elm və akademiya nümayəndələri ortaq bir akademik bilik, illərin təcrübəsi ilə öz töhfələrini verəcəklər. Bu səbəbdən bugünkü tədbirin önəmi Türk dünyası üçün çox böyükdür".

Chosen
19
far.az

1Sources