EN

Sərdar Çam: Türk dünyası ölkələri hər sahədə əməkdaşlıqlarını artırmalıdır

Türk dünyası ölkələri hər sahədə əməkdaşlıqlarını daha da artırmalıdır.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, bugünkü konfrans gələcəklə bağlı planlar üçün mühüm əhəmiyyət kəsb edir:

"Biz sadəcə keçmişlə qürur duymaqla kifayətlənməyib, eyni zamanda, gələcəklə bağlı məsuliyyətimizi dərk etməyimizi tələb edən bir prosesdəyik. Artıq bu istiqamətdə işlərin başlandığını da görürük".

Nazir müavini həmçinin bildirib ki, bu gün görüləcək işlər nəticəsində gələcək nəsillərə daha güclü mədəniyyət şüuru və köklü tarixin zəngin irsini ötürmək mümkün olacaq.

"Hazırda Türk dünyası çox güclü şəkildə bir-biri ilə əlaqəli fəaliyyət göstərir və əməkdaşlıq edir. Biz bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev dostluğu və qardaşlığı sayəsində daha aydın görürük. Hər sahədə, hər istiqamətdə əməkdaşlığımızı və birliyimizi daha da artırmalıyıq".

Chosen
13
far.az

1Sources