EN

Tokayev və Vuçiç ikitərəfli strateji tərəfdaşlığın inkişafını müzakirə edib

Qazaxıstan və Serbiya prezidentləri Kasım-Jomart Tokayev və Aleksandr Vuçiç cümə günü Astanada məhdud tərkibdə danışıqlar aparıblar.

"Far.Az"un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, görüş zamanı Tokayev qeyd edib ki, Qazaxıstan Serbiyanı Avropada mühüm strateji tərəfdaşı hesab edir. O, xüsusilə iqtisadi, humanitar və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Qazaxıstan dövlət başçısı ticarət əlaqələrinin inkişafına, Astana ilə Belqrad arasında birbaşa aviareysin açılmasına, habelə Qazaxıstanda 60-dan çox Serbiya şirkətinin uğurla fəaliyyət göstərdiyinə diqqət çəkib.

Onun sözlərinə görə, iki ölkənin əsas beynəlxalq məsələlərə yanaşmalarının oxşar olması gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Öz növbəsində, Aleksandr Vuçiç Qazaxıstan-Serbiya münasibətlərinin strateji xarakter daşıdığını bəyan edib.

O, süni intellekt, informasiya texnologiyaları və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinin ikitərəfli tərəfdaşlığa əlavə təkan verəcəyinə əminliyini bildirib. Vuçiç, həmçinin Qazaxıstan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Chosen
22
far.az

1Sources