EN

Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvarında Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılan Ülvi Hüseynlinin səlahiyyətləri onun müavini Fazil Məmmədova tapşırılıb.

Axar.az xəbər verir ki, məlumatı Teleqraf-a açıqlamasında Fazil Məmmədov təsdiq edib.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Fazil Məmmədov Naxçıvan Ali Məclisinin Aparat rəhbərinin müavini vəzifəsinə 2025-ci ilin aprelində təyin olunub. Ülvi Hüseynli isə Aparat rəhbəri vəzifəsinə 2020-ci ildə gətirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
6
axar.az

7Sources