EN

“Rəqəmsal məktəb” direktorla ünsiyyətin daha asan yolu

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 fevral, AZƏRTAC

“Rəqəmsal məktəb” platformasının (https://www.digital.edu.az/) “Direktor qəbulu” bölməsi valideynlərin məktəb rəhbəri ilə öncədən görüş təyin etməsinə imkan yaradır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, valideynlər şəxsi kabinetə daxil olaraq uyğun gün və saatda görüş üçün müraciət göndərə bilirlər.

“Direktor qəbulu” bölməsi valideynlərlə məktəb rəhbərliyi arasında ünsiyyəti asanlaşdırmaq, müraciətlərin sistemli şəkildə idarə olunmasını təmin etmək və görüşlərin daha şəffaf, planlı formada həyata keçirilməsinə şərait yaratmaq məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
2
azertag.az

3Sources