EN

Avropa Şurası “Avropada Mətbuat Azadlığı 2025” adlı hesabatını dərc edəcək

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Martın 3-də Avropa Şurasının jurnalistikanın müdafiəsi və jurnalistlərin təhlükəsizliyinin təşviqi üzrə Platforması “Avropada Mətbuat Azadlığı 2025” adlı illik hesabatını dərc edəcək.

Bu barədə Gununsesi.info-ya Avropa Şurasından göndərilən məlumatda deyilir.

“Hesabat platformanın tərəfdaşı olan 15 media azadlığı QHT və jurnalist birliyinin 2025-ci il ərzində dərc etdiyi xəbərdarlıqlara əsasən Avropa Şurasının 46 üzv ölkəsində, o cümlədən Rusiya və Belarusda media azadlığına əsas təhlükələri qiymətləndirir” deyə açıqlamada bildirilir.

Tərəfdaş təşkilatlar hesabatı Brüssel Avropa Press Klubunda keçiriləcək mətbuat konfransında təqdim edəcəklər.

Qeyd edək ki, hesabatda Avropa Şurasına üzv olan ölkə kimi Azərbaycanda da medianın durumuna dair ayrıca bölüm əks olunub.

Günay Mahirqızı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
icma.az

1Sources