EN

80 yaşlı alimi iclasda mürgüləməsi niyə yayımlanır?! – Deputatdan tənqidn

Deputat Bəhruz Məhərrəmov yaşlı alimlərin iclasda mürgüləməsinin  yayımlanmasını qəbuledilməz sayıb.

Heftelik.az xəbər verir ki, Bəhruz Məhərrəmov deyib ki, sirr deyil ki, tarix boyu Azərbaycan xalqına edilmiş ən böyük pislik yəqin ki, inam və ümidin qırılması olub.

Deputat bildirib ki, Prezident İlham Əliyev böyük Zəfərimiz, Böyük Qayıdış, böyük quruculuqla kökü son iki əsrə dayanan bu tendensiyaya son qoydu: “Amma çox təəssüflər olsun ki, hələ də müxtəlif adlar altında istər siyasi səviyyədə, istər humanitar, istər sosial istiqamətlərdə yenə xalqın milli kimliyinin, dəyərlərinin, birliyinin hədəfə alınması cəhdləri davam edir. Məsələn, efirlərin bir şizofiren xəstəsinin yuxusuna bənzəyən verilişlərlə, aparıcılarla, ictimai əxlaq və mənəviyyata zidd tendensiyalarla dolması, məişət həyatının, yolverilməz ailə münasibətlərinin ən pis nümunələrinin ekrandan təlqin olunması,  80 yaşlı alimin elmi irsinin yox, iclasda mürgüləməsinin daha maraqlı olması, idarəetmə aparatının qəsdən nüfuzsuzlaşdırılması cəhdləri, bunlar hamısı qəbuledilməz nümunələrdir. Lakin təbii ki, Azərbaycan dövləti bu kimi neqativlərə hər zaman hazırlıqlıdır və adekvat tədbirlər görmək imkanındayıq”.

Chosen
13
heftelik.az

1Sources