EN

Bu il Xocavənd şəhərində 792 fərdi ev əsaslı təmir olunacaq

Xocavənd. Trend:

Sahəsi 1,51 min kvadratkilometr olan Xocavənd rayonu 1 şəhər, 2qəsəbə və 80 kəndi əhatə edir. Əhalisi 12 min 500 nəfərdir. Rayonişğaldan azad edildikdən sonra ərazidə yenidənqurma və bərpa işləriintensiv şəkildə davam etdirilir.

Trend-inQarabağ bürosuna açıqlamasında bu gün Ağdam, Füzuli və Xocavəndrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətləəlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib ki, şəhərdəümumilikdə 980 fərdi yaşayış evi mövcuddur. Onlardan 133-ü tamyararsız, 847-si isə qismən yararlı vəziyyətdədir. Qismən yararlıevlərin 55-i artıq istismara hazırdır. Cari il ərzində daha 792evin təmiri planlaşdırılır.

Bildirilib ki, Böyük Qayıdış proqramına əsasən, rayona köç ötənilin sentyabrından başlanıb. İndiyədək şəhər daxil olmaqla 5yaşayış məntəqəsinə əhalinin qayıdışı təmin edilib. Belə ki,Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Hadrut qəsəbəsinə 58 ailə(233 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Qırmızı Bazarqəsəbəsinə 142 ailə (604 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94nəfər) köçürülüb. Ümumilikdə 355 ailə, yəni 1485 nəfər doğmayurduna qayıdıb.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə işğal olunmuş,2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyatakeçirdiyi antiterror tədbirləri nəticəsində azad edilib.

Məqalədə:
Chosen
11
az.trend.az

1Sources