EN

“Netflix”lə dueldə “Paramount” qalib gəldi “Hollywood”da ciddi dəyişiklik olacaq

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

“Netflix” “Warner Bros. Discovery” (WBD) mediakorporasiyasının alınması üçün gedən mübarizədən rəsmi olaraq çıxıb. Bu qərar, “Paramount Skydance” tərəfindən təqdim olunan hər səhm üçün 31 dolların (ümumi məbləğ 111 milyard) təklifin daha sərfəli hesab olunması ilə bağlıdır.

Bakupost.az xəbər verir ki, “Warner Bros.” studiyası və “HBO Max” xidməti üçün “Netflix”lə 82,7 milyardlıq dollar razılaşma əldə etmişdi. Lakin “Paramount”un məbləği yüksəltməsi “WBD” İdarə Heyəti tərəfindən daha üstün təklif kimi qiymətləndirildi. “Warner Bros.” “Netflix”ə öz təklifini artırmaq üçün qısa müddət versə də, şirkət mübarizədən çəkilməyi qərara aldı.“Netflix” qərarı ilə bağlı açıqlamasında bildirib ki, “WBD” brendlərinin idarəçiliyində etibarlı olardı, lakin yeni maliyyə şərtləri işin davamını sərfəli etmir. Şirkət həmçinin qeyd edib ki, əvvəlki razılaşma həmişə əlverişli əlavə, heç vaxt zəruri satınalma kimi nəzərdə tutulmayıb.“Netflix” “WBD” ilə əvvəlki razılaşmanın ləğvi nəticəsində $2,8 milyardlıq təzminat alacaq ki, bu məbləğ də “Paramount” tərəfindən ödəniləcək. Xəbər yayılmasından dərhal sonra “Netflix”in səhm qiymətləri 8% artıb, bu da investorların qərara müsbət reaksiya verdiyini göstərir.“Paramount Skydance”un təklifi hələ antitrust və tənzimləyici baxışlardan keçməlidir. Razılaşma yekunlaşarsa, “Paramount” “Warner Bros.”, HBO, “Discovery” şəbəkələri və digər platformaların sahibi olacaq. Bundan sonra “Hollywood” media səhnəsində ciddi dəyişiklik baş verəcək.Mehin, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
www.bakupost.az

1Sources