EN

Bu klinikalar bağlanacaq AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Plastik və estetik əməliyyatı icra etmək üçün 45 həkimə icazə verilib. Bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. “Bu siyahı genişlənməyə davam edir. Məlum olduğu kimi, Azərbaycanda plastik cərrahlarla bağlı iki əsas mərkəz var və bu şərait yaxşılaşır”, - nazir bildirib.Məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev bildirib ki, hazırda plastik və estetik əməliyyatlar çox populyarlaşıb və bazarda bu işi bilən-bilməyən “həkim” və ya “kosmetoloq” adı ilə fəaliyyət göstərir“İnsanlar bəzən sadəcə bir-iki ləvazimat alıb, özlərini peşəkar kimi təqdim edir, amma əslində ciddi təhsil və sertifikatı yoxdur. Bu isə həm pasiyentlərin sağlamlığı üçün təhlükə yaradır, həm də bazarın etibarlılığını aşağı salır. Azərbaycan qanunvericiliyinə görə, icazəsiz əməliyyat aparan həkim və obyekt sahibləri ciddi məsuliyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslərə 2 000-5 000 manatadək, hüquqi şəxslərə isə 10 000- 50 000 manatadək cərimə tətbiq oluna bilər. Bununla yanaşı klinikanın fəaliyyəti dayandırıla, obyekt bağlana bilər”.O deyib ki, əgər əməliyyat nəticəsində pasiyentə zərər dəyərsə, məsələ artıq cinayət müstəvisinə keçir:“Cinayət Məcəlləsinə əsasən ehtiyatsızlıqdan sağlamlıq zədəsi üçün 3-7 ilədək həbs, ölüm halında isə 7-12 ilədək həbs mümkündür. Yəni gözəllik üçün edilən addım bəzən çox baha başa gələ bilər. Burada həm də pasiyentlərin məsuliyyəti var. Bilə-bilə saxta diplomlu həkimə müraciət edirsə, mülki və sığorta problemlər ilə üzləşə bilər. Hər halda, qanunvericilik ciddi şəkildə həkimlərin və klinikaların məsuliyyətini müəyyən edir, əsas məsələ isə dövlət nəzarətinin effektiv işləməsidir, çünki sadəcə siyahı və icazə kifayət etmir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
demokrat.az

1Sources