EN

Mbappe əməliyyatdan imtina edir – məqsəd DÇ-2026

“Real”ın hücumçusu Kylian Mbappe dizindən əməliyyat olunmaq istəmir.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard 2025-ci ilin dekabrından etibarən diz bağlarında problem yaşayır. O, bu səbəbdən Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı cavab matçını (2:1) buraxmışdı.

Mbappe əməliyyata razılaşmaq istəmir. Çünki cərrahi müdaxilə onun 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirakını risk altına qoya bilər. Hücumçu konservativ müalicə variantına üstünlük verir.

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayından “Real”da çıxış edir.

 

Chosen
13
idmanxeber.az

1Sources