EN

Ermənistan 113 ölkə ilə viza rejimini ləğv etdi

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan turizmi canlandırmaq məqsədilə aralarında Aİ, Böyük Britaniya və ABŞ vətəndaşlarının da olduğu 113 ölkə üçün viza tələbini müvəqqəti olaraq ləğv edib.

"Cebheinfo.az" xəbər verir ki, Ermənistan, turizm sektorunu inkişaf etdirmək üçün ölkəyə giriş qaydalarında genişmiqyaslı dəyişiklik edib.

Yeni qərara əsasən, aralarında Avropa İttifaqı (Aİ) və Böyük Britaniya vətəndaşlarının da yer aldığı 113 ölkədən gələn ziyarətçilər 1 iyul 2026-cı il tarixinədək ölkəni vizasız ziyarət edə biləcəklər.

Yeni qaydalar çərçivəsində hədəf ölkələrdən gələn səyahətçilər bir il ərzində cəmi 180 günədək vizasız qalmaq hüququna sahib olacaqlar.

Güzəşt şamil edilən qruplar arasında aşağıdakılar yer alır:

*Avropa İttifaqı və Şengen zonası ölkələri (İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn daxil olmaqla).

*Böyük Britaniya və ABŞ vətəndaşları.

*Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün etibarlı yaşayış icazəsi olan şəxslər.

Ermənistan Turizm Komitəsi bu qərarın əsas məqsədinin ölkənin mədəni irsini və təbiətini daha geniş auditoriyaya tanıtmaq, həmçinin turizm axınını il boyu aktiv saxlamaq olduğunu bildirib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
cebheinfo.az

2Sources