EN

Əlilliyi olan şəxslər üçün dəstək məqsədilə ehsan süfrəsi təşkil olunub - FOTOLAR

Paytaxtda Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin ofisində ehsan süfrəsi təşkil edilib.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində birliyin üzvləri və dəvət olunan qonaqlar bir araya gələrək sosial həmrəylik və dəstək mesajı veriblər. Görüş zamanı iştirakçılar arasında ünsiyyət qurulub, birliyin fəaliyyəti və gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu cür təşəbbüslər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların sosial müdafiəsinin gücləndirilməsinə və ictimai dəstəyin artırılmasına xidmət edir.

Chosen
5
qht.az

1Sources