EN

Bu şərt “Qarabağ”a oturduğu yerdə 500 min avro QAZANDIRDI

“Qarabağ” “Flamenqo”ya satdığı Juninyo Olavionun sayəsində daha bir milyon manat qazanıb.

Braziliyalı hücumçunun vətənindəki uğuru ağdamlıları da sevindirib.

Sportinfo.az xəbər verir ki, bir il öncə 5 milyon avro qarşılığında “Flamenqo”ya satılan oyunçunun müqaviləsindəki bonuslarla bağlı bənd buna imkan yaradıb.

Şərtə görə, klub Juninyo ilə qazanılan hər titula görə ağdamlılara 250 min avro ödəməliymiş. Olavio komandası ilə həm çempion, həm də Libertadores Kubokunun sahibi olduğu üçün “Qarabağ” 500 min avro (bir milyon manat) irəli düşüb.

Bu ilin əvvəlində Meksikanın “UNAM Pumas” klubuna satılan 29 yaşlı oyunçunun transferi isə “Qarabağ”a heç nə qazandırmayıb.

Müqavilədə Juninyonun növbəti satışından pay da nəzərdə tutulmuşdu. Amma bunun üçün “Flamenqo” onu daha baha qiymətə satmalıydı.

Çünki bonusla bağlı razılıq yalnız gəlir kimi götürüləcək puldan ayrılacaqdı. Amma braziliyalılar onu aldığı qiymətə satdığından bu, mümkün olmayıb.

"Qarabağ” Juninyonu 2023-cü ilin yayında Portuqaliya “Çaveş”indən 450 min avroya almışdı.

olavio

Chosen
13
sportinfo.az

1Sources