EN

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt şəhərindəki poladəritmə sexində baş verən partlayış zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə Baku Medical Plazadan məlumat verilib.

Bildirilib ki, Sumqayıtın Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində baş vermiş partlayış nəticəsində xəsarət alan iki nəfər gecə saat 22:0023:00 radələrində Baku Medical Plazanın Babək filialına hospitalizasiya olunub.

Hazırda pasiyentlərin vəziyyəti ağır qiymətləndirilir. Onlara dərhal zəruri tibbi yardım göstərilib, müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Chosen
14
43
metbuat.az

10Sources