EN

Kürşad Zorlu: Türkiyə WUF13-də yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak edəcək

Türkiyə bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak edəcək.

Bunu "Far.Az"a açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübə qazanıb:

"Artıq Bakı şəhəri böyük bir brendə çevrilir. Biz də Azərbaycanın ev sahibliyi edəcəyi WUF13-də ən yüksək səviyyədə təmsil olunacağımızı düşünürük".

K.Zorlu həmçinin bildirib ki, Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət!" olsa da, ortaya qoyduğu və bu gün daha da möhkəmləndirdiyi birliyinin dünyada bənzəri yoxdur:

"Azərbaycan–Türkiyə münasibətləri çox güclü şəkildə öz yolunda davam edir. Azərbaycanla Türkiyə bir-birinə sarsılmaz, ayrılması mümkün olmayan tale birliyi ilə bağlıdır. Biz artıq bunu bütün sahələrdə həyata keçirmək üçün çalışırıq. İqtisadiyyat, enerji, turizm, siyasət, təhlükəsizlik, hərbi sahələrdə - artıq bütün istiqamətlərdə birlikdəyik. İki ölkə arasında müttəfiqlik sazişinin ortaya qoyduğu maddələr də bu nümunəni açıq şəkildə göstərir. Bu, dünyaya göstərilən çox yaxşı bir nümunədir. Qarabağ zəfərindəki könül birliyimiz və güc birliyimiz dünyaya böyük bir mesaj verdi və örnək oldu".

Chosen
10
far.az

1Sources