EN

Turizm sənayemiz WUF13 ə tam hazırdır

ain.az bildirir, Azvision portalına istinadən.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib. O qeyd edib ki, hazırda 60-dan çox hotel beynəlxalq platformalar üzərindən rezervasiya və satış prosesinə qoşulub. Ümumilikdə Bakı şəhərində ulduz kateqoriyası sertifikatı almış 206 hotel fəaliyyət göstərir. Bu hotellərin ümumi nömrə fondu 12 mindən çoxdur. Bundan əlavə, alternativ yerləşmə imkanları təqdim edən 126 obyekt də qonaqların ixtiyarında olacaq. “Regionlara gəldikdə isə, forum çərçivəsində 24 tur marşrutu nəzərdə tutulub. Bu marşrutlar həm Bakı və Abşeronu, həm də Azərbaycanın demək olar ki, bütün əsas turizm istiqamətlərini əhatə edir. O cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgələri, Şəki, Şamaxı, Quba, Qusar, Lənkəran və digər turizm mərkəzləri bu proqramda yer alıb. Qonaq sayı isə qeydiyyat prosesindən asılı olacaq. Qeydiyyat artdıqca, biz də qəbul imkanlarımızı uyğun şəkildə təşkil edəcəyik. Hər halda, Azərbaycanın və xüsusilə Bakının mövcud yerləşdirmə potensialı tədbirin yüksək səviyyədə keçirilməsi üçün kifayət qədər genişdir”, - deyə K.Quluzadə vurğulayıb. AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
3
azvision.az

4Sources