525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
«Süni intellektin inkişafı onu deməyə əsas verir ki, gələcəkdə dərslərin tədrisində məhz interaktiv metodlardan istifadə olunacaq. Tədris prosesi daha səmərəli təşkil ediləcək, şagirdlər üçün təhsil standartlarının təmin olunması və müəllimlərə müvafiq dəstəyin verilməsi mümkün olacaq. Bütün bunlar süni intellektin köməkçi funksiyanı yerinə yetirməsi ilə həyata keçiriləcək”.
Təhsil eksperti Elçin Əfəndi bunu 525.az-a bildirib. O qeyd edib ki, bütün bunların müsbət tərəfləri çoxdur. Lakin bir neçə il sonra bu proses tam şəkildə idarəni ələ aldıqda, insan əməyini müəyyən mənada sıradan çıxara bilər. Bu isə xoş qarşılanan bir vəziyyət olmasa da, keçdiyimiz prosesin qaçılmaz nəticəsi kimi baş verəcək:
«Şagird baza səviyyəsində süni intellekt alətlərindən istifadə bacarıqlarına yiyələnməsi, uzunmüddətli perspektivdə isə bu sahədə ixtisaslaşmış kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Belə olduğu təqdirdə, süni intellektin təhsildə tətbiqi real və effektiv nəticələr verə bilər. Bu texnologiyalar tədris prosesinin daha səmərəli təşkili, informasiyanın sistemli və aydın formada təqdim olunması, eləcə də məlumatlara operativ çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm üstünlüklər yaradır”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.