"Santos"un ulduz hücumçusu Neymar Braziliya çempionatının 4-cü turunda "Vasko da Qama"ya qarşı keçirdikləri oyunda (2:1) rəqib yarımmüdafiəçi Tyaqo Mendeslə yaşadığı insidentdən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Liberta Depte" belə çatdırıb:
"Tyaqo həmişə qalmaqal yaratmağa çalışır. Bir dəfə məni PSJ-də oynayanda sındırıb. O, bu gün məni yenidən sındıracağını dedi. Baxarıq, görək məni yenidən sındırmağa kişiliyi çatacaq, ya yox".
Toğrul