EN

"Kəpəz" "Sumqayıt"a, "Araz-Naxçıvan" "Zirə"yə qarşı - YENİLƏNİR

Misli premyer-liqasında bu gün 22-ci tur, yəni 2-ci dövrənin son turu başlayır.

Bizi çox maraqlı oyunlar gözləyir. Təkcə son çempion “Qarabağ”ın lider “Sabah”ı qəbul edəcəyini xatırlatmaq kifayətdi. Təbii ki, elitada qalmaq uğrunda mübarizə aparan komandalarla avrokuboklara yollanmaq arzusunda olanların qarşılaşmalarını da diqqətdən kənarda qoymamalıyıq. Bəribaşdan bir məqamı da vurğulayaq: bəli, bütün görüşlər “CBC Sport”un efirində canlı yayınlanacaq, ancaq “Qarabağ” – “Sabah” matçını həm də “İdman” TV-dən izləmək mümkün olacaq.

Misli premyer-liqası
2-ci dövrə, 22-ci tur
27 fevral
Kəpəz – Sumqayıt

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 54:+4=8-3, 13:11.
2011/12 – 1:1, 4:1; 2012/13 – 0:0, 1:0; 2015/16 – 3:1, 0:0; 2016/17 – 0:0, 1:0; 2017/18 – 0:3, 1:1; 2022/23 – 0:1, 0:1; 2023/24 – 1:1, 1:1; 2024/25 – 0:0.
Cəzalı: Məqsəd İsayev, Rauf Hüseynli, Şakir Seyidov (hamısı “Kəpəz”), Aleksandr Ramalinqom (Sumqayıt).
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax, şəhər stadionu. Saat 14.30.

“Karvan-Yevlax”ın faciəvi durumu fonunda arxayın görünən “Kəpəz” xal ehtiyatını artırmağa davam etməlidi. Hər halda, 11-ci pillə özlüyündə 1-ci liqada mövsümü 2-ci yerdə bitirən komandayla pley-off matçı keçirmək təhlükəsi daşıyır. Gəncə təmsilçisi təzyiqin pəncəsindən yaxa qurtarmaq istəyirsə, tilsimi qırmalı, 4 oyundu davam edən qələbə həsrətini bitirməlidi. O başqa məsələ ki, “Sumqayıt” da son 3 matçda qələbə qazana bilməyib. Nəticədə 6-cı yerə qədər geriləyən “kimyaçılar” “sarı-göylər”i məğlub etməklə ilk “4-lük”dən uzaq düşməmək yönündə inamlı addım atmalıdı.

Bu komandalar indiyə qədər 33 dəfə qarşılaşıb. Bunların 8-də “Sumqayıt”, 14-də “Kəpəz” qələbə qazanıb, 11 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində gəncəlilər öndədi – 43:30.

Araz-Naxçıvan – Zirə
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 4:+1=1-2, 2:5.
2023/24 – 1:0, 0:3; 2024/25 – 1:1, 0:1.
Cəzalı: Ruan Renato (Zirə).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RAUF CABBAROV, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov .
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı, “Liv Bona Dea Arena”. Saat 18.00.

Son iki matçda qazandığı qələbələrlə mövqeyini yaxşılaşdıran “Araz-Naxçıvan”ın hədəfi 3-cü yerdi. Düzdü, bu yer hazırda “Turan Tovuz”a məxsusdu. Ancaq ora gedən yol həm də “Zirə”nin məğlub edilməsindən keçir. İş ondadı ki, “qartallar” da həmin məqsəd uğrunda top qovur. Bu səbəbdən Mərdəkanda yetərincə baxımlı qarşılaşma izləyəcəyimizi düşünə bilərik.

Komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Bunların 3-də “Araz-Naxçıvan”, 3-də “Zirə” qələbəyə sevinib, 3-də heç-heçə qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 7:5.

28 fevral
Şamaxı – Neftçi

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 39:+12=7-20, 37:50.
1999/00 – 2:3; 2000/01 – 1:4; 2001/02 – 0:2, 0:1, 0:0; 2004/05 – 2:1; 2005/06 – 0:1; 2006/07 – 0:1; 2007/08 – 0:0; 2008/09 – 2:2; 2009/10 – 1:0, 1:1; 2010/11 – 0:2, 1:1; 2011/12 – 2:1, 1:2; 2012/13 – 1:1, 0:1; 2013/14 – 3:1, 2:1; 2014/15 – 2:1, 4:0; 2015/16 – 1:0, 0:1; 2016/17 – 2:1, 1:3; 2017/18 – 0:2, 2:1; 2018/19 – 0:1, 0:1; 2019/20 – 2:1; 2020/21 – 0:1, 0:3; 2021/22 – 3:2, 1:2; 2022/23 – 0:1, 0:1; 2024/25 - 0:0, 0:2.
Cəzalı: Alfons Msanqa (Şamaxı).
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı, şəhər stadionu. Saat 14.30.

“Şamaxı” iddialı rəqiblərlə mübarizədə pis təsir bağışlamır. Ayxan Abbasovun komandası belə oyunlarda həm etibarlı müdafiə xətti, həm də “dişli” hücumları ilə seçilir. Odu ki, “Neftçi”nin çətin sınaq qarşısında olduğunu bildirməliyik. “Ağ-qaralar” 21-ci turda məlum səbəbdən futbolsuz qaldı. Etiraf edək ki, “şirlər” üçün hər şey qaydasındadı. Komanda böyük ehtimalla elitada qalmaq vəzifəsini vaxtından əvvəl yerinə yetirəcək. “Neftçi” isə avrokuboklara vəsiqə qazanmaq istəyir. Belədə paytaxt təmsilçisinin Şamaxıdan qələbə ilə ayrılmasının nə qədər vacib olduğu aydındı.

Komandalar indiyə qədər 79 dəfə qarşılaşıb. Bunların 16-da “Şamaxı”, 44-də “Neftçi” qələbə qazanıb, 19 oyunda hərəyə bir xal düşüb. Topların nisbətində “ağ-qaralar” öndədi – 125:72.

Qəbələ – Karvan-Yevlax
“Qəbələ” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
VAR hakimi: Vüqar Həsənli.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ, şəhər stadionu. Saat 17.00.

Autsayderlərin dueli gərgin keçəcək. Bəli, “Qəbələ” daha təcrübəli və güclü futbolçulardan qurulub. Lakin itirəcək nəyisə qalmayan “Karvan-Yevlax”a da yuxarıdan aşağı baxmaq olmaz. Ona görə ki, Yeylax təmsilçisi bu matçda uduzsa, vəziyyəti daha da pisləşəcək.

Bu komandalar indiyə qədər elitada 1 dəfə qarşılaşıb. Ötən ilin avqustunda “Karvan-Yevlax”ın meydanında keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.

1 mart
Turan Tovuz – İmişli

“Turan Tovuz” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: FƏRİD HACIYEV, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı, “Azərsun Arena”. Saat 16.30.

Təbii ki, “Turan Tovuz” mövqeyini qorumaq üçün meydana çıxacaq. Bunun üçün əsas şərt qalib gəlməkdi. Onsuz da “İmişli”nin durumu ürəkaçan deyil. Aran təmsilçisi son 9 matçda qalib gələ bilməyib.

Bu komandalar indiyə qədər bir dəfə üz-üzə gəlib. “İmişli”nin meydanında keçirilən görüşdə “bozqurd” qələbə qazanıb – 1:0.

Qarabağ – Sabah
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 14:+8=6-0, 30:13.
2018/19 - 1:1, 3:0; 2019/20 - 2:0, 0:0; 2020/21 - 2:0, 2:0; 2021/22 - 5:1, 1:1; 2022/23 - 4:3, 1:1; 2023/24 - 2:0, 3:3; 2024/25 – 3:2, 1:1.
Cəzalı: Kadi Borges (Qarabağ).
“Futbol+”in proqnozu: 35-30-35.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 19.00.

Söhbət təkcə turun, dövrənin yox, hətta mövsümün ən önəmli oyunlarından birindən gedir. Üç gün əvvəl Nyukaslda böyük güc sərf edən “Qarabağ” martın 1-də liderin önünə çıxacaq. Təbii ki, məqsəd aradakı xalı fərqini azaltmaqdı. Meydan sahiblərinin qələbə qazanmaqdan başqa çarəsi yoxdu. “Sabah”a isə “sülh” də sərf edir. Lakin “bayquşlar”ın meydana məhz heç-heçə üçün çıxacağını proqnozlaşdıra bilmərik.

Komandalar indiyə qədər 28 dəfə qarşılaşıb. Bunların 15-də “köhlən atlar”, 3-də “bayquşlar” qələbə qazanıb, 10-da qalib müəyyənləşməyib. Topların nisbətində “Qarabağ” öndədi – 51:26.

KƏNAN BAHADIR

Chosen
5
1
football-plus.az

2Sources