EN

Polşa Rusiya ilə sərhəddə istehkam qurmaq istəyir

Polşa Rusiya və Belarusla sərhəddə istehkamlar və hərbi anbarlar tikməyi planlaşdırır.

Bu barədə Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş məlumat verib.

Diplomat TASS agentliyinə verdiyi müsahibədə bildirib ki, "Polşanın Rusiya və Belarusla sərhədləri boyunca yerləşən ərazilərdə istehkamların, elektron müşahidə sistemlərinin və hərbi anbarların tikilməsi planlaşdırılır" .

Onun sözlərinə görə, bu ilin yanvar ayında Polşa Norveçlə "Şərq Qalxanı" layihəsi çərçivəsində pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün avadanlıqların istehsalına dair müqavilə imzalayıb.

Chosen
4
aznews.az

1Sources