EN

Qanun maksimum satış qiymətini müəyyən edir İqtisadçı

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bazar mexanizmləri baxımından eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətə təklif olunması bir neçə amillə izah olunur. Əvvəla, bütün dərmanlar Tarif Şurasının tənzimlədiyi siyahıya daxil deyil. Siyahıya düşməyən preparatlar üzrə qiymət sərbəstdir və apteklər alış qiymətinə, xərclərinə və mənfəət gözləntilərinə uyğun fərqli qiymət qoyurlar. Bu, klassik rəqabət mexanizmidir”.

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib. Onun sözlərinə görə, tənzimlənən dərmanlarda isə fərqlər əsasən yuxarı həddlə bağlıdır. Qanun maksimum satış qiymətini müəyyən edir, amma aptek bu qiymətdən aşağı satmaqda sərbəstdir. Buna görə bəzi apteklər müştəri cəlb etmək, dövriyyəni artırmaq və ya stokdakı məhsulu tez satmaq üçün endirimli qiymət tətbiq edə bilirlər.

Ekspert vurğulayıb ki, apteklərdə qiymət fərqləri həm maya dəyəri və xərclərin müxtəlifliyindən, həm də qanunvericilik elastikliyi və bəzən hüquqi pozuntulardan qaynaqlanırş.

Sevinc Qarayeva

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
525.az

1Sources