Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayırlar.


Rekord.az xəbər verir ki, ilk yarış günündə 7 idmançımız tatamiyə çıxacaq.


60 kq çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda Samariddin Kuçkarovla (Özbəkistan), Balabəy Ağayev onun həmyerlisi Baxrom Boturovla güləşəcək.


66 kq-da Nizami İmranov bu raundda Minhao Canqla (Çin), Turan Bayramov isə Matan Kokolayevlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.


48 kq çəki dərəcəsində Könül Əliyeva 1/16 finalda özbək Sevinç Muradovanın, Şəfəq Həmidova çinli Venna Cuanqın müqavimətini qırmağa çalışacaq. Leyla Əliyeva (52 kq) isə bu mərhələdə Rusiya təmsilçisi Liliya Nuqayeva ilə üz-üzə gələcək.


Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.