EN

Rus qoşunları bir həftə ərzində 4 kəndi ələ keçirib

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zonasında bir həftə ərzində dörd kəndi nəzarətə götürüb.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir.

“Həftə ərzində “Şimal” qüvvələri qrupunun bölmələri aktiv hücum əməliyyatları nəticəsində Xarkov vilayətindəki Qrafskoye kəndini, “Qərb” qüvvələri qrupunun bölmələri Donetsk vilayətinin Karpovka kəndini, “Mərkəz” qüvvələri qrupunun bölmələri daha əlverişli mövqelər tutaraq Dnepropetrovsk vilayətindəki Krasnoznamenka kəndini, “Şərq” qüvvələri qrupunun bölmələri isə düşmən müdafiəsinin dərinliyinə doğru irəliləyərək Zaporojye bölgəsindəki Rizdvyanka yaşayış məntəqələrini azad ediblər”, - məlumatda deyilib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
17
herbiand.az

1Sources