EN

"Mənə efir qadağası qoyulmayıb, birinci gün Zaurun verilişindəyəm" - Ofelya Şabanova

Bu gün mətbuatda Azərbaycanda 30-a yaxın müğənniyə efir qadağası qoyulmasl ilə bağlı xəbərlər yayılıb.

Onların içərisində daim maraqlı çıxışları ilə gündəmə gələn müğənni Ofelya Şabanovanın da adı çəkilib.

Məsələ ilə bağlı Ofelya Şabanova "Sitat.info"ya danışıb.

Bildirib ki, ona heç bir efir qadağası qoyulmayıb:

"Mənim efirə çıxmağımla bağlı hər hansı qadağa yoxdur. Dişlərimi müalicə edirəm, implant əməliyyatı keçirmişəm. Heç bir qadağadan söhbət gedə bilməz.

Gələn həftə Zaur Nəbioğlunun verilişində qonaq olacam. Siyahını kim və hansı məqsədlə yayıb, xəbərim yoxdur".

Gülxar,

Sitat.info

Chosen
11
10
sitat.info

10Sources