EN

Gürcü portalı Xocalı soyqırımından yazıb

Tbilisi, 27 fevral, AZƏRTAC

Gürcüstanın nüfuzlu Tv12.ge portalında Xocalı soyqırımı ilə bağlı geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli hadisələrindən biri olduğu qeyd edilir.

Vurğulanıb ki, 200 ildir Azərbaycan xalqı erməni millətçi-şovinistlərinin davamlı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olub, tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkünə çevrilib və bütün bunlar kütləvi qırğınlarla müşayiət olunub. Sovet dövründə də azərbaycanlıların tarixi və etnik torpaqlarından qovulması davam edib. 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandan deportasiya edilərək Azərbaycanın Kür-Araz düzənliyinə yerləşdirilib. 1988-ci ildə tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub və bununla da Ermənistan monoetnik dövlətə çevrilib.

Məqalədə qed olunub ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi zamanı dinc Azərbaycan əhalisinə qarşı törətdiyi soyqırımın ən dəhşətli nümunəsidir. Bundan əvvəl isə Ermənistanla həmsərhəd olan Qazax rayonunun Bağanis Ayrım kəndində və Qarabağın bir sıra ərazilərində dinc əhali əvvəlcədən hazırlanmış plan əsasında xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülüb, dogma yurdundan didərgin salınıb.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
18
1
azertag.az

2Sources