EN

"Böyük Dəbilqə": Balabəy Ağayev və Əhməd Yusifov finalda üz-üzə gələcək

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin finalında üz-üzə gələcəklər.

SİA-nın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev və Əhməd Yusifov buna nail olublar.

Yığma üzvləri qızıl medal uğrunda münasibətlərə aydınlıq gətirəcəklər.

Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb. Şəfəq Həmidova (48 kq) təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.

Chosen
20
1
sia.az

2Sources