EN

Onları Prezidentlə xanımı qarşıladı

Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.

Publika.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verdi.

Efiopiyanın Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Chosen
26
21
publika.az

10Sources