Kasım-Jomart Tokayev Qazaxıstan və Serbiya arasında əlaqələrin möhkəmləndirilməsindəki əvəzsiz töhfələrinə görə Serbiya Prezidenti Aleksandar Vuçiçi Qızıl Qartal Ordeni ilə təltif edib.
Newscenter.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Bildirilib ki, Vuciclə görüş zamanı Kasım-Jomart Tokayev Qazaxıstanda 60-dan çox Serbiya şirkətinin fəaliyyət göstərdiyini deyib. O, Qazaxıstan-Serbiya Biznes Şurasının nəticələrinin ticarət və investisiya əlaqələrini genişləndirəcəyinə əminliyini bildirib.
Serbiya prezidenti isə qeyd edib ki, Qazaxıstan şirkətləri, xüsusən də tikinti sektorunda birgə layihələrə töhfələrini artırmaqda maraqlıdırlar.
"Qazaxıstan tərəfindən təklif olunan bir sıra təşəbbüsləri həyata keçirməyə hazırıq. Bunlar təkcə Serbiyada deyil, həm də Avropanın bu hissəsində flaqman layihələr olacaq. Həmçinin, Qazaxıstanın SCAT şirkətinə hava məkanında beşinci səviyyəli azadlıq verilməsi məsələsi hələ həll olunmayıb. Əminəm ki, bu məsələni birgə fəaliyyətlə həll edə biləcəyik", - deyə Aleksandr Vuçiç bildirib.
O, Qazaxıstandan etibarlı tikinti şirkətlərinin və investorların Serbiyaya gəlməsini arzuladığını gizlətməyib.
Süleyman