EN

Millimizin rəqibləri bu axşam bəlli olacaq - AÇ

Bu gün minifutbol üzrə millimizin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşəcək.

"Football-plus.az" xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada start götürəcək tədbir Bakı vaxtilə saat 20.00-da başlanacaq.

Yığmamız püşk öncəsi 1-ci səbətdə yer alıb.

Qitə birinciliyinin final mərhələsi 27 may - 4 iyun tarixlərində Slovakiyada keçiriləcək.

Avropa çempionatı
1-ci səbət:
Slovakiya, Azərbaycan, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Serbiya;

2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;

3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Hersoqovina, İtaliya, Polşa, Portuqaliya;

4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

Chosen
24
5
football-plus.az

6Sources