EN

Hakan Fidan Əfqanıstan-Pakistan münaqişəsi ilə bağlı vəziyyəti müzakirə edib

Bakı, 27 fevral, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Hakan Fidan Əfqanıstan, Qətər, Pakistan və Səudiyyə Ərəbistanından olan həmkarları ilə Əfqanıstan-Pakistan böhranını müzakirə edib.

AZƏRTAC xəbər verir ki, TASS agentliyi bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbəyinə istinadla məlumat yayıb. “Hakan Fidan bu gün Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefonla danışıb. Söhbət zamanı Pakistan və Əfqanıstandakı son hadisələr müzakirə olunub”, - deyə agentliyin həmsöhbəti bildirib.

Chosen
4
1
azertag.az

2Sources