Azərbaycan Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitini artırmağa hazırdır.
“APA-Economics”in “İnterfaks-Qazaxıstan”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.
Nazirin sözlərinə görə, 2025-ci ildə Qazaxıstan BTE vasitəsilə 1,2 mln. ton neft tranzit edib və Azərbaycan tərəfi bu göstəricini 2,2 mln. tona çatdırmağa hazırdır.