EN

 2021-ci il sertifikasiyadan keçən direktorlar ikinci mərhələyə qatılacaq

Naxçıvanda 2021-ci ildə sertifikatlaşdırma prosesinə cəlb olunmuş məktəb rəhbərləri ikinci dövriyə imtahanında iştirak edəcək.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən qurumun Çağrı Mərkəzinə və rəsmi sosial şəbəkə ünvanlarına Naxçıvanda məktəb rəhbərlərinin  ikinci dövriyə sertifikatlaşdırma prosesinə cəlbi ilə bağlı edilən müraciətlərə aydınlıq gətirilib.   

Daxil olan müraciətlərə cavab olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, ümumilikdə məktəb rəhbərləri və tədris köməkçi heyətdən pedaqoji fəaliyyətlə məşğul olan və 2021-ci ildə sertifikatlaşdırmaya cəlb olunan təhsilverənlər analoji olaraq 2026-cı ilin aprel-may aylarında ikinci dövriyə sertifikasiya prosesinə cəlb olunacaqlar. 

Qeyd edək ki, adıçəkilən şəxslər ümumtəhsil məktəblərində  müəllim kimi fəaliyyət göstərdiklərinə görə 2021-ci ildə sertifikatlaşdırma prosesinə cəlb olunublar. Buna görə də 2021-ci ildə sertifikatlaşdırma prosesində uğur qazanan, eləcə də 2021 və 2022-ci illərdə uğur qazana bilməyən təhsilverənlər cari tədris ilində tədris etdikləri fənlər üzrə ikinci dövriyyə sertifikatlaşdırma prsosesində yenidən imtahan verəcəklər.

Chosen
24
1
azedu.az

2Sources