EN

Artur Vanetsyanın partiyası seçkilərdə iştirak etməyəcək

BAKI, 27 fevral. TELEQRAF

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyanın “Vətən” Partiyası iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

Partiya Ermənistanın gələcəyi ilə bağlı məsələlərə yanaşmalarının digər müxalifət qüvvələrinin baxışlarından fərqli olduğunu və bu da blokların yaradılmasını qeyri-real etdiyini bildirib:

“Bundan əlavə, seçkilərdə iştirak etmək niyyətində olan müxalifət qüvvələrinin sayının artması seçicilərin səslərini parçalaya bilər ki, bu da səsvermənin nəticəsinə mənfi təsir göstərərdi. Bu və bir sıra digər amillərə görə partiya seçkilərdə iştirak etməmək qərarına gəlib”.

Chosen
15
teleqraf.com

1Sources