EN

Ali təhsil müəssisəsi – sənaye tərəfdaşlığı çərçivəsində qrant əsaslı tədqiqat layihələri həyata keçiriləcək

Bakı, 27 fevral, AZƏRTAC

Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin kommersiyalaşdırılması, innovasiya əsaslı biznes mühitinin inkişaf etdirilməsi və elmi nəticələrin əldə edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb. Fəaliyyət Planına əsasən, həmçinin rəqəmsal məhsul və xidmətlərin təqdiminin və ixracının artırılması məqsədilə qlobal İKT və yüksək texnologiya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlaması təşviq ediləcək. Bununla yanaşı, xarici ölkələrin İKT layihələrinin və yüksək texnologiya startaplarının, eləcə də bu sahə üzrə çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanacaq.

Sənədə əsasən, “Texnoloji diaspor”un əhatə dairəsi genişləndiriləcək. Ali təhsil müəssisəsi – sənaye tərəfdaşlığı çərçivəsində alim və tədqiqatçılar üçün qrant əsaslı tədqiqat layihələri təşviq ediləcək. Strateji texnologiyalar üzrə (kibertəhlükəsizlik, süni intellekt, fintex, oyun, aqrotex və s.) klasterləşmə layihələri həyata keçiriləcək. Startap ekosisteminə investisiya qoyuluşunu həyata keçirəcək yerli və beynəlxalq vençur kapitalı fondlarından ibarət birgə “Fondlar Fondu” yaradılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 27-də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 

Chosen
4
azertag.az

1Sources