Bakı, 27 fevral, AZƏRTAC
2026-cı ilin yanvar ayında Azərbaycanda kolbasa məmulatları istehsalı 144,9 ton və ya 5,9 faiz artaraq 2 milyon 599,7 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 ton və ya 3 dəfə azalaraq 19 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə kolbasa məmulatları istehsalı 2 milyon 454,8 ton, hazır məhsul ehtiyatı isə 57,3 ton təşkil edib.