EN

Ölkənin rəqəmsal inkişafına mənfi təsir göstərən səbəblər bəlli oldu

BAKI, 27 fevral. TELEQRAF

2024-cü ildə Azərbaycanda İKT xidmətlərinin ixracı 110 milyon dollar təşkil edib. Həmin dövrdə Qazaxıstanda bu rəqəm 882 milyon dollar, Özbəkistanda isə 620 milyon dollardır.

Teleqraf xəbər verir ki, ölkənin rəqəmsal inkişafına innovasiya ekosisteminin zəifliyi, maliyyələşdirmə mexanizmlərinin çatışmazlığı, rəqəmsal idarəetmədəki boşluqlar, süni intellektin inkişafı üçün maneələr, kibertəhlükəsizlik riskləri, insan kapitalının və tənzimləyici mühitin yetərsizliyi mənfi təsir göstərir.

Qlobal İnnovasiya İndeksində Azərbaycanın 139 ölkə arasında 94-cü yerdə qərarlaşması ekosistemin kompleks inkişafa ehtiyacı olduğunu göstərir.

İndeksin göstəricilərinin yalnız 15 faizinin birbaşa İKT-yə aid olması, problemin, əsasən, institusional mühit, insan kapitalı və maliyyələşmə ilə bağlı olduğu göstərilir. Vençur kapitalı, kraudfandinq və “mələk investorlar” kimi alternativ maliyyələşdirmə alətlərini dəstəkləyən normativ hüquqi bazanın olmaması innovativ layihələrin maliyyə resurslarına çıxışını məhdudlaşdırır.

Chosen
11
teleqraf.com

1Sources