EN

Hərbi hazırlıq müəllimləri sertifikatlaşdırma prosesinə cəlb OLUNACAQ

Naxçıvan Muxtar Respublikasında 2021-ci ildə sertifikatlaşdırma prosesinə cəlb olunmuş çağırışaqədərki hazırlıq müəllimləri də 2026-cı ilin aprel-may aylarında sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri Elşən Qəbulov məlumat verib.

O bildirib ki, həmçinin pedaqoji ixtisası olan və hər hansı fənn üzrə tədris aparan, eyni zamanda hərbi rəhbər vəzifəsi daşıyan təhsilverənlər tədris etdikləri fənlərdən biri üzrə imtahan verə biləcəklər: “Pedaqoji təhsili olmayan hərbi rəhbərlər isə yalnız çağırışaqədərki hazırlıq fənni fənni üzrə sertifikasiyada iştirak edəcəklər”.

Chosen
16
2
redaktor.az

3Sources